Pekin Moskva ilə Vaşinqton arasında mümkün əməkdaşlıq razılaşmasına görə Arktika regionunda mövcudluq siyasətinə yenidən baxacaq.
Bu barədə Honq Konq qəzeti South China Morning Post (SCMP) mənbələrə istinadən məlumat yayıb.
Nəşrin mənbələrinə görə, geosiyasi gərginlik Çinin Arktikanın təbii sərvətlərinə çıxış əldə etmək və region ərazisini idarə etməkdə marağını azaldıb. Pekin əvvəllər Arktika məqsədlərini “çox aqressiv tonda” bəyan edib və özünü “Arktikaya yaxın dövlət” adlandırıb. Çinin ambisiyaları region dövlətlərinin mənfi reaksiyasına səbəb olub.
İndi isə Çin “Arktika dövləti” terminindən istifadə etməyi dayandırıb ki, bu da Çinin Arktikaya marağının geri çəkilməsini və ya əhəmiyyətli dərəcədə azaldığını göstərə bilər.