Rusiya və Kuba sanksiyalara qarşı mübarizə haqqında bəyannamə imzalayıbbackend

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Kubanın xarici işlər naziri Bruno Rodriges birtərəfli məcburetmə tədbirlərinin mənfi nəticələrinə qarşı mübarizə, yumşaldılma və kompensasiya yolları və vasitələri haqqında bəyannamə imzalayıblar.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, görüş zamanı nazirlər ikitərəfli strateji tərəfdaşlığın inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Lavrov və Rodriges, həmçinin ölkələrin prioritet sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə dair qarşılıqlı öhdəliklərini vurğuladılar.

“Nazirlər hər iki tərəfin BMT, Aİİ, BRİKS və digər çoxtərəfli platformalarda əməkdaşlığı artırmaq istəyinin davam etdiyini qeyd ediblər. Birtərəfli qeyri-qanuni sanksiyaların tətbiqinin qəti şəkildə qəbuledilməzliyi ilə bağlı iki ölkənin dəyişməz ümumi mövqeyi qeyd edilib”, – məlumatda deyilir.