Kubada hakimiyyət dəyişikliyi naminə Vaşinqton suveren ölkənin daxili işlərinə xəyanətkarcasına müdaxilə etməyə hazırdır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Belə ki, o, ABŞ-ın Kubanı terroru himayə edən ölkələr siyahısından çıxarmaq qərarını şərh edib.
“Tamamilə aydındır ki, Vaşinqton Kubada hakimiyyət dəyişikliyinə nail olmaq üçün istənilən üsuldan istifadə etməyə və suveren ölkənin daxili işlərinə xəyanətkarcasına müdaxilə etməyə hazırdır.
Zaxarova bildirib ki, ABŞ bu cür hərəkətləri ilə insan hüquqlarına və humanitar dəyərlərə etinasızlıq nümayiş etdirir.