Rusiya Xarici İşlər Nazirliyi Bakı ilə İrəvan arasında vasitəçiliyin təkrarlanmasının qarşısının alınmasını vacib sayır

Moskva hesab edir ki, Ermənistan və Azərbaycan arasında vasitəçilik səylərinin təkrarlanmasına yol verilməməlidir.

Bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

“Əsas odur ki, davam edən vasitəçilik səylərinin təkrarlanmasına və rəqabətinə yol verməmək, onların sinergiyasına nail olmaqdır”, – deyə o, Misirin Ermənistan və Azərbaycan arasında vasitəçi olmaq təklifini şərh edərkən bildirib.

Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına dəstək verə biləcək istənilən təşəbbüsləri alqışlayıb.

Qaluzin vurğulayıb ki, Bakı ilə İrəvan arasında barışıq “Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlər toplusu”na əsaslanır.

Mənbə: TASS

İctimai.az

Related Post