Rusiya Xarici İşlər Nazirliyi İran nümayəndə heyətinin Moskvaya gözlənilən səfərindən danışıbbackend

Rusiya İran nümayəndə heyətinin Moskvaya səfərini gözləyir; Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar planlaşdırılır.

TASS xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

“Biz iranlı həmkarları gözləyirik, Sergey Viktoroviç Lavrovla danışıqlar, eləcə də Rusiya rəsmiləri ilə görüşlər planlaşdırılır”, – diplomat bildirib.

Yanvarın 17-də Rusiya və İran prezidentləri Kremldə iki ölkə arasında strateji tərəfdaşlıq haqqında saziş imzalayıblar. Müqavilə müdafiə, terrorla mübarizə, enerji, maliyyə, nəqliyyat, sənaye, kənd təsərrüfatı, mədəniyyət, elm və texnologiya sahələrini əhatə edir.