Rusiya Xarici İşlər Nazirliyi İsrailin İrana zərbələrini pisləyibbackend

Rusiya Xarici İşlər Nazirliyi İsrailin iyunun 13-də İrana endirdiyi zərbələri pisləyib və İranın nüvə proqramı ilə bağlı mübahisəli məsələləri diplomatik yollarla həll etməyə çağırıb.

Rusiya Xarici İşlər Nazirliyinin müvafiq bəyanatı öz saytında yerləşdirilib.

“Biz qəti şəkildə inanırıq ki, İrana hücumu planlaşdıran, inkişaf etdirən və həyata keçirənlərin hansı izahatlardan istifadə etmələrindən asılı olmayaraq, İranın nüvə proqramı ətrafında nizamlanmanın hərbi həlli yoxdur və yalnız dinc, siyasi və diplomatik yollarla əldə oluna bilər”, – deyə departament bildirib.

Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyi Yaxın Şərqdə genişmiqyaslı müharibənin eskalasiyasının qarşısını almaq üçün münaqişə tərəflərini təmkinli olmağa çağırıb.