Rusiya Xarici İşlər Nazirliyi Rusiya, Çin və İran arasında məsləhətləşmələrin aparıldığını təsdiqləyibbackend

Aprelin 8-də İranın nüvə proqramı ilə bağlı Rusiya, Çin və İran arasında ekspertlər səviyyəsində məsləhətləşmələr keçiriləcək.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib, RİA Novosti xəbər verir.

“Onlar bu gün keçirilir və başa çatdıqdan sonra biz onların nəticələri barədə mütləq mediaya və dünyaya məlumat verəcəyik”, – diplomat bildirib.

Birgə Hərtərəfli Fəaliyyət Planı 14 iyul 2015-ci ildə Vyanada İran İslam Respublikası ilə Böyük Britaniya, ABŞ, Rusiya, həmçinin Fransa, Çin və Almaniyadan ibarət bir qrup ölkə tərəfindən imzalanmış sazişdir.