Rusiya Xarici İşlər Nazirliyi Tallinin hərəkətlərinə cavab olaraq estoniyalı diplomatın ölkədən çıxarıldığını açıqlayıbbackend

Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Rusiya estoniyalı diplomatı qarşılıqlılıq prinsipi əsasında persona non-qrata elan edib.

Nazirlikdən bildirilib ki, martın 31-də Estoniyanın Rusiya Federasiyasındakı müvəqqəti işlər vəkili Yana Vanamelder çağırılıb və Rusiyanın Tallinndəki səfirliyinin diplomatik əməkdaşının persona non qrata elan edilməsinə etiraz edilib.

XİN Tallinin addımlarının “heç bir əsas olmadan” atıldığını qeyd edib və vurğulayıb ki, qarşılıqlılıq prinsipi əsasında Estoniyanın Moskvadakı səfirliyinin oxşar səviyyəli diplomatı Rusiyanı və eyni vaxtda tərk etməsi tələb olunur.

İctimai.az