Rusiya Xarici İşlər Nazirliyi Trampın neft rüsumlarının tətbiqi ilə bağlı təhdidlərini qiymətləndiribbackend

Rusiya hakimiyyəti ABŞ prezidenti Donald Trampın neftə ikinci dərəcəli gömrük rüsumlarının tətbiqi ilə bağlı hədələrinə təəccüblənməyib.

Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “International Affairs” jurnalına müsahibəsində bildirib.

“Biz təəccüblənmədik, bu, əvvəllər də olub”, – diplomat Amerika liderinin təhdidlərini şərh edərkən qeyd edib.

Onun sözlərinə görə, belə bir vəziyyətdə Moskva yalnız ardıcıllıq və səbir nümayiş etdirə bilər. Ryabkov vurğulayıb ki, Rusiya rəhbərliyi öz mövqeyini əsaslandırılmış şəkildə izah etməyə davam edəcək, lakin “yerdə” vəziyyəti nəzərə alacaq.