Ukraynanın Şimali Atlantika Alyansına daxil olması Vaşinqtonun müttəfiqlərinə tətbiq etdiyi geosiyasi layihədir.
Bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko RİA Novosti-yə müsahibəsində bildirib.
O vurğulayıb ki, Kiyevin NATO-ya üzvlüyü perspektivi ABŞ-ın blokdakı müttəfiqlərinə tətbiq etdiyi sırf geosiyasi layihədir. Avropada çoxları qorxur ki, Ukraynanın Avro-Atlantik inteqrasiyası nəinki Avropa təhlükəsizlik arxitekturasının qalıqlarını məhv edəcək, həm də Şimali Atlantika Alyansının özünü dağıntılar altında basdıracaq.
Oktyabrın 8-də ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasından dövlət başçısı vəzifəsinə namizəd Kamala Harris Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləmək barədə suala birmənalı cavab vermədi.














