Rusiyada ağır yol qəzası nəticəsində səkkiz nəfər öldü, üç nəfər yaralandı – FOTObackend

Rusiyanın Tuva Respublikasında ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində səkkiz nəfər həlak olub.

Bu barədə TASS Respublika Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Hadisə R-257 “Yenisey” yolunun 953-cü kilometrliyində baş verib.

İki minik avtomobilinin toqquşması nəticəsində yeddi nəfər hadisə yerində, daha bir nəfər isə xəstəxanaya aparılarkən vəfat edib.