Rusiyada binada partlayış: Ölənlər və yaralananlar varbackend

Fevralın 9-da səhər saatlarında Novosibirskdə, Lineinaya küçəsində, üçüncü mərtəbədəki beşmərtəbəli yaşayış binasında qaz partlayışı baş verib.

İctimai.az xəbər verir ki, Novosibirskdə qaz partlayışı baş vermiş beşmərtəbəli binanın dağıntıları altından iki nəfər çıxarılıb.

“Üç nəfər həlak olub, iki nəfər dağıntılar altından çıxarılıb”, – deyə təcili yardım xidməti bildirib.

İlkin olaraq səbəbin sızma olduğu müəyyən edilib. Nəticədə iki giriş uçub və yanğın başlayıb. Hüquq-mühafizə orqanları dağıntılar altında daha 7 nəfərin qala biləcəyini bildirilir.

Mənbə: TASS

İctimai.az