Murmansk Regional Klinik Xəstəxanasının həkimləri sol böyrəyində iri şiş və geniş qan laxtası olan xərçəng xəstəsi üzərində cərrahiyyə əməliyyatı keçiriblər. Bu barədə regional Səhiyyə Nazirliyi məlumat yayıb.
Xəstəxananın onkologiya şöbəsinə yaşlı kişi yerləşdirilib. Həkimlər onun sol böyrəyində böyük qan laxtası olan şiş aşkar ediblər. Təcili əməliyyat edilməsinə qərar verildi, əməliyyat beş saat davam etdi.
“Təəssüf ki, xəstənin sol böyrəyini qidalanma damarlarında tromboz və qan dövranı problemləri səbəbindən xilas etmək mümkün olmayıb. Həkimlər radikal nefrektomiya etdilər, həmçinin böyrək venasından və aşağı vena kavadan trombüsü çıxardılar. Şişin uzununa ölçüsü 10 sm-dən çox olub”, – tibb müəssisəsindən bildirilib.