Rusiyanın Xabarovsk diyarında qəzaya uğrayan “An-26” təyyarəsinin fotoları yayılıb.
Bildirilir ki, təyyarənin göyərtəsində olan altı ekipaj üzvünün hamısı həlak olub.
“Ölənlərin qalıqları qəza yerində tapılıb. Sağ qalan yoxdur”, – xilasetmə qrupunun məlumatında qeyd olunur.
Hazırda qəzanın baş verdiyi yerdə xilasedicilərlə bərabər Rusiya Federasiyasının İstintaq Komitəsinin əməkdaşları çalışır.