Rusiyada məktəbdə dəhşət: Ölənlərin sayı artdı, matəm elan edildibackend

İjevskdəki məktəbdə atışmada ölənlərin sayı 13-ə çatıb.

Bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi xəbər yayıb.

Məlumata görə, qurbanlardan yeddisi məktəblidir.

Qeyd edək ki, İjevskdə 88 saylı məktəbdə baş verən faciə ilə əlaqədar Udmurtiya Respublikasında sentyabrın 26-dan 29-dək matəm elan edilib.