Rusiyanın qırmızı kürüyə tələbatı qiymətlərin artması ilə əlaqədar 2024-cü ilin sonuna kimi 7-10% azala bilər.
Bu proqnozu Gazeta.ru-ya Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin dosenti Petr Şerbaçenko verib.
“Son bir ildə kürünün qiyməti 5-8% artıb. Hazırda bir kiloqram qırmızı kürünün qiyməti 7 min rublu, paytaxtda isə 7,6 min rubla çatır. Qırmızı kürü ən çox 250-300 qramlıq bankalarda alınır, bunun üçün 3-3,5 min rubl ödəməli olacaqsınız. Nəzərə alsaq ki, 250-300 qram ağırlığında bir banka qırmızı kürü təxminən 3-3,5 min rubla başa gəlir, o zaman, məsələn, həftədə 500 rubl qənaət etməklə, 3,5 ayda (14 həftə) 7 min rubl qənaət edə bilərsiniz “- Şerbaçenko tövsiyə etdi.
Onun sözlərinə görə, bu, qiymət eyni səviyyədə qalarsa, Yeni il üçün bir neçə qutu qırmızı kürü almağa imkan verəcək.
İqtisadçı qırmızı kürünün qiymətlərinin tədarükün azalması səbəbindən artdığını açıqlayıb: Sentyabrın 10-na Sakit okean qızılbalığının ovlanması 215,4 min ton təşkil edib, 2024-cü il üçün proqnoz isə 300 min tondan 250-260 min tona düzəliş edilib. Ekspert vurğulayıb ki, bu dəyişikliklər nəticəsində Rusiyada qırmızı kürü avqustun sonuna kimi 2,3% bahalaşıb ki, bu da 2022-ci ilin noyabrından bu yana maksimal aylıq artım olub.