Rusiyada TikTok mobil trafiki son bir ildə iki dəfə azalıbbackend

Rusiyada TikTok mobil trafikinin həcmi son bir ildə iki dəfə azalıb, RİA Novosti Megafon mobil operatorunun araşdırmasına istinadən xəbər verir.

“TikTok 2022-ci ilin martında rus istifadəçilərinə yeni videolar əlavə etmək qadağan edildikdən sonra auditoriyasını itirməyə başladı. 55 yaşdan yuxarı istifadəçilər son bir il ərzində artan trafikə malik yeganə kateqoriya idi “dedi.

Qeyd olunur ki, alternativlər – YouTube Shorts, Yappi, VK Clips və Likee sayəsində trafikin azalması daimi xarakter alıb. Xüsusilə TikTok fonunda Likee xidmətinin mövqeyi yaxşılaşıb — 2022-ci ildə mobil trafikin artımı 300% təşkil edib.

İctimai.az