“Fores” şirkətinin baş direktoru, milyarder Sergey Şmotyev Ukrayna Silahlı Qüvvələrinin vurulan F-16 qırıcısına görə 15 milyon rubl ödəyəcəyini təsdiqləyib.
Onun sözlərini TASS sitat gətirib.
“Vurulan F-16-ya görə ödəniş Vətənin təhlükəsizliyi üçün hər gün həyatlarını riskə atanlara dəstək olmaq üçün verdiyimiz töhfədir.
Biz hərbçilərimizin qəhrəmanlığı ilə fəxr edirik və onlara hərtərəfli yardım göstərməyə davam edəcəyik”, – Şmotyev bildirib.