Rusiyanın Arktikada iqtisadi maraqlarına birbaşa təhlükə yaradan rəqibi ola bilərbackend

Siyasi Təhlil Alətləri İnstitutunun baş direktoru Aleksandr Şpunt Ura.ru-ya müsahibəsində Kanadanın Arktikada Rusiya Federasiyasına və onun Şimal Dəniz Marşrutuna əsl rəqib ola biləcəyini deyib.

Ekspertin sözlərinə görə, Kanada Şimal Dəniz Marşrutunun analoqu olan Şimal-Qərb keçidini inkişaf etdirir və ABŞ bu layihəyə qoşularsa, yeni nəqliyyat marşrutları uğrunda mübarizə daha da güclənəcək.

“Bu layihənin intensivləşməsi Rusiyanın iqtisadi maraqlarına birbaşa təhlükə yaradır. Əgər Kanada və Birləşmiş Ştatlar bu layihə ilə ciddi məşğul olsalar, özlərinin böyük resurslarından istifadə etsələr, Rusiya tamamilə yeni rəqabət cəbhəsinə malik olacaq”, – Şpunt vurğulayıb.