Rusiyanın daha bir neft emalı zavoduna dron hücumu olubbackend

Smolenskdə (Rusiya) neft emalı zavoduna PUA hücumu olub.

Bu barədə vilayətin qubernatoru Vasili Anoxin xəbər verib.

Məlumata görə, ilk partlayış yerli vaxtla saat 3:15-də Razdoro kəndi yaxınlığındakı neft bazası ərazisində (Smolenskdən 20 km aralıda) olub. Təxminən 15 dəqiqə sonra daha bir partlayış səsi eşidilib, bundan sonra sənaye obyekti alovlara bürünüb. Saat 4 radələrində daha bir neçə partlayış olub.

“Fövqəladə Hallar Nazirliyi hadisə yerindədir. Sakit olmağınız və təlaşa düşməməyiniz xahiş olunur”, – deyə qubernator müraciətində bildirib.

Mənbə: gazeta.ru