Rusiyanın dörd hava limanı fəaliyyətini dayandırıbbackend

Kazan, Nijni Novqorod, Saratov və Tambov hava limanlarında mülki təyyarələrin gəlişi və gedişi ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Bu barədə Rosaviasiyanın rəsmi nümayəndəsi Artem Korenyako öz Telegram kanalında məlumat verib.

Onun sözlərinə görə, belə bir tədbir mülki aviasiya uçuşlarının təhlükəsizliyini təmin etmək üçün tətbiq edilib. Hazırda dörd hava limanı reysləri qəbul etmir və ya göndərmir.

Bundan bir qədər əvvəl pilotsuz təyyarələrin Çeboksarıya hücum etdiyi bildirilirdi. Voronej vilayətinin Borisoqlebsk şəhəri də pilotsuz təyyarələrin hücumuna məruz qalıb.