Rusiyanın “Foodway” şirkəti “Dr. Pepper” brendini Amerika “Coca-Cola”dan götürmək istəyib

Rusiyanın müxtəlif sərinləşdirici içkilərin satışı üzrə ixtisaslaşmış “Foodway” şirkəti “Dr.Pepper” qazlı içkisi ilə bağlı əmtəə nişanlarından  qorunmanın aradan qaldırılması tələbi ilə Patent Mübahisələri Palatasına müraciət edib.

“Vedomosti” qəzeti Rospatentin məlumatlarına istinadən xəbər verir ki, şirkət bu məhsulu birbaşa ölkənin daxili bazarında istehsal etmək istəyir, lakin bunun üçün hələlik müvafiq icazə almayıb.

Patent Mübahisələri Palatasının nümayəndələri bu müraciətə 28 fevral 2023-cü il tarixində baxacaqlar. Və iki həftə sonra, martın 14-də Əqli Mülkiyyət Məhkəməsi Foodway-in beynəlxalq Coca-Cola korporasiyasının bir hissəsi olan European Refreshments Unlimited Company (ERUC) şirkətinə qarşı iddiasına baxacaq. Məqalədə qeyd olunur ki, Dr.Pepper ticarət nişanlarının hüquqlarına sahib olan ERUC şirkətidir.

Mənbə: Gazeta.ru

İctimai.az

Oxşar xəbərlər