Rusiyanın hansı bölgəsinin sakinlərinin daha çox uşaq sahibi olmaq istədikləri məlum olubbackend

Ən çox uşaq sahibi olmaq arzusunu Uzaq Şərqin sakinləri (respondentlərin 24%-i) göstərib. “RİA Novosti” yazır ki, belə məlumatları “Yakov and Partners” və “Romir” tədqiqat holdinqinin ekspertləri tərəfindən aparılan araşdırma göstərib.

Sorğuda Rusiyanın bütün regionlarının 2700 sakini iştirak edib. Sorğunun nəticələri göstərdi ki, əhalisi 100 min nəfərdən az olan kiçik qəsəbələrin sakinləri (22%) ən çox uşaq sahibi olmaq istəyirlər.

Bununla belə, Uzaq Şərqin uşaq sahibi olmaq istəyən sakinlərinin yalnız 3%-i gələn il bunu etmək niyyətindədir. Həmçinin məlum olub ki, Sibir Federal Dairəsinin sakinləri uşaq sahibi olmaq arzusunda ən azdır (13%).

Mənbə: Gazeta.ru