Rusiyanın Smolensk vilayətində Azərbaycan diasporunun rəhbəri Faiq Əliyev saxlanılıb – yaxınları onun şərləndiyini bildirirbackend

Rusiya Federasiyasının Smolensk vilayətində fəaliyyət göstərən Azərbaycan diasporunun rəhbəri Faiq Əliyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Verilən ilkin məlumatlara görə, onun həbsi xüsusi sifariş əsasında həyata keçirilib. Xüsusi ilə, 44 günlük muharibə ərəfəsində və sonra Azərbaycana diaspora adından edilən yardımlar Azərbaycana qarşı olan qüvvələrin və xüsusi ilə şəhərin Baş Prokuroru Sergey Karapetyanın xoşuna gəlməyib.

Mənbələrin bildirdiyinə əsasən, Faiq Əliyev son illər ərzində həm Azərbaycan diasporunun güclənməsində, həm də yerli azərbaycanlıların hüquqlarının müdafiəsində fəal mövqeyi ilə seçilib. O, regionda azərbaycanlı icmasının birliyinə və sosial inteqrasiyasına yönəlmiş bir sıra təşəbbüslərin müəllifi kimi tanınıb.

Yaxınlarının və həmkarlarının sözlərinə görə, Faiq Əliyevin saxlanılması əsassız ittihamlar və şərləmə nəticəsində baş verib. Onlar hesab edirlər ki, onun həbsi ictimai fəaliyyətinə və diaspor içindəki nüfuzuna qarşı yönəlmiş addımdır.