Rusiyanın Ukraynada itkiləri AÇIQLANDIbackend

Ukraynaya qarşı müharibədə Rusiya ümumilikdə 13 500-dən çox hərbçisini itirib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilir ki, Rusiyaya məxsus 1 279 zirehli texnika məhv edilib.

Eyni zamanda Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun 81 təyyarəsini, 95 helikopterini, 404 tankını, 1 279 zirehli döyüş maşınını, 150 artilleriya sistemini, 36 HHM sistemini, 64 reaktiv yaylım atəş sistemini, 60 yanacaq-sürtkü materialları çənini, 9 kəşfiyyat PUA-sını, üç katerini, 640 avtomobil texnikasını məhv edib.

Məlumat dəqiqləşdirilir. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşir.

Həmçinin bildirilir ki, martın 14-də Ukrayna Silahlı Qüvvələri daha 4 helikopteri, bir təyyarəni məhv edib və işğalçıların qanadlı raketini vurub.

Mənbə: Segodnya