Rusiyanın Ukraynadakı müharibədə itkiləribackend

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 103 220 nəfər canlı qüvvə itirib.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 016 tank, 6 024 zirehli maşın, 1 998 artilleriya sistemi, 418 reaktiv yaylım atəşi sistemi, 212 hava hücumundan müdafiə sistemi, 283 təyyarə, 267 helikopter, 1 707 PUA, 653 qanadlı raket, 16 gəmi/qayıq, 4 652 avtomobil texnikası və avtosistern, 179 xüsusi texnikadan ibarətdir.