Rusiyanın Ukraynadakı müharibədə itkiləribackend

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 85 000 nəfər canlı qüvvə itirib.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 895 tank, 5 827 zirehli maşın, 1 882 artilleriya sistemi, 395 reaktiv yaylım atəşi sistemi, 209 hava hücumundan müdafiə sistemi, 278 təyyarə, 261 helikopter, 1 537 PUA, 480 qanadlı raket, 16 gəmi/qayıq, 4 393 avtomobil texnikası və avtosistern, 161 xüsusi texnikadan ibarətdir.