Rusiyanın Ukraynadakı müharibədə itkiləribackend

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 92 200 nəfər canlı qüvvə itirib.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 929 tank, 5 905 zirehli maşın, 1 915 artilleriya sistemi, 395 reaktiv yaylım atəşi sistemi, 211 hava hücumundan müdafiə sistemi, 281 təyyarə, 264 helikopter, 1 587 PUA, 592 qanadlı raket, 16 gəmi/qayıq, 4 505 avtomobil texnikası və avtosistern, 163 xüsusi texnikadan ibarətdir.