Rusiyanın Ukraynadakı müharibədə itkiləribackend

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 96 000 nəfər canlı qüvvə itirib.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 970 tank, 5 937 zirehli maşın, 1 931 artilleriya sistemi, 404 reaktiv yaylım atəşi sistemi, 211 hava hücumundan müdafiə sistemi, 281 təyyarə, 264 helikopter, 1 617 PUA, 592 qanadlı raket, 16 gəmi/qayıq, 4 562 avtomobil texnikası və avtosistern, 171 xüsusi texnikadan ibarətdir.