ABŞ prezidenti Co Bayden administrasiyasının Rusiyanın enerji sektoruna qarşı yeni sanksiyaları qlobal əmtəə qiymətlərində kəskin sıçrayışa səbəb ola bilər.
Bu barədə “L’AntiDiplomatico” yazır.
“Sanksiyalar paketi dünyada enerji qiymətlərinin artması spiralına səbəb ola biləcək görünməmiş bir tədbirdir”, – nəşr yazır.
ABŞ administrasiyası tərəfindən yeni sanksiyaların qəbulundan sonra İtaliya Ümumi Ticarət Konfederasiyası enerji böhranının qarşısını almaq üçün Avropa səviyyəsində təcili tədbirlər görməyə çağırıb.