“Sboy.rf” portalının məlumatına görə, Rusiyada istifadəçilər “WhatsApp” messencerində problemlər barədə məlumat veriblər.
Xidmətin məlumatına görə, dekabrın 22-də problemlə bağlı 1600-dən çox insan şikayət edib. Ən çox şikayət – təxminən 59%-i Moskvadan olub. Sankt-Peterburq, Moskva, Voronej və Vladimir vilayətləri, Kalininqrad vilayəti, Krım Respublikası və ölkənin digər bölgələrinin sakinləri də problemlərlə bağlı məlumat veriblər.
Problemlərin səbəbi hələ müəyyən edilməyib.














