Özbəkistanda Rutube videohostinqi bloklanıb.
Bu barədə Baza Telegram kanalı məlumat yayıb.
Nəşrin yazdığına görə, platformaya keçərkən istifadəçilər Nazirlər Kabinetinin 2018-ci ilin sentyabrından qəbul edilmiş qərarına əsasən resurs məhdudiyyətləri ilə bağlı mesajlar görürlər.Baza qeyd edir ki, sayt müharibə, zorakılıq və terrorizmin təbliği, milli, irqi, etnik və ya dini nifrət doğuran məlumatların yayılmasına görə bloklana bilər.
Özbəkistan hakimiyyəti hələ ki, blokadaya münasibət bildirməyib.