Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib ki, dövlət başçısı Salome Zurabişvili eks-prezident Mixail Saakaşvilinin onun “Vahid Milli Hərəkat” partiyası ilə ittifaqda olduğu üçün onun əfv olunması imkanlarını öyrənir.
Bu barədə TASS məlumat yayıb.
Papuaşvilinin sözlərinə görə, prezident postunu yalnız Saakaşvili və onun partiyası sayəsində saxlayır. O, həmçinin qeyd edib ki, “bütün bunların əfvlə bağlı öz öhdəlikləri var”.
Parlamentin spikeri onu da xatırladıb ki, 2023-cü ildə Salome Zurabişvilinin impiçmenti ilə bağlı səsvermə zamanı Milli Hərəkat onun vəzifəsindən kənarlaşdırılmasının əleyhinə səs verib və ona öz postunu saxlamağa icazə verib.