Sabah Bakıya növbəti təxliyə reysi baş tutacaqbackend

“Sabah Ciddədən Bakıya növbəti təxliyə reysi həyata keçiriləcək”.

İctimai.az xəbər verir ki, bu fikirləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov moldovalı həmkarı Mixay Popşoi ilə birgə keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bizə daxil olan müraciətlərin sayı 1000 civarındadır:

“Müraciətlər BƏƏ, Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər və Küveytdir. “Fly Dubai” ilə danışıqlara başlanılıb və artıq Azərbaycana 5 uçuş həyata keçirilib. Martın 7-də də səhər saatlarında Ciddədən növbəti təxliyə reysi təşkil ediləcək. Yaxın Şərq ölkələrində olan diplomatik missiya üzvlərinin Ciddəyə gətirilərək oradan Azərbaycana təxliyə edilməsi planlaşdırılır”.