Ordubadın bir sıra kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
İctimai.az xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Energetika Xidmətindən məlumat verilib.
Bildirilib ki, Ordubad Rayon Elektrik Şəbəkəsi tərəfindən Biləv Su Elektrik Stansiyasından qidalanan 35 kilovoltluq Biləv hava elektrik verilişi xətti aparılacaq ağac budama işləri ilə əlaqədar sifarişə əsasən açılacaq.
Bununla əlaqədar, rayonun Biləv, Behrud, Parağa,Tivi, Bist, Ələhi, Xurs, Nurgüt və Nəsirvaz kəndlərində sabah saat 10:30-dan 12:00-a qədər elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.