“Sabah” növbəti qələbəsini qazanıbbackend

Misli Premyer Liqasının XXV turunda lider “Sabah” növbəti qələbəsini qazanıb.

İctimai.az xəbər verir ki, “Bank Respublika Arena”da “Sumqayıt”ı qəbul edən komanda 3:1 hesablı qələbə qazanıb.

“Sabah”ın qollarını Kahim Parris (24), Coy-Lens Mikels (49) və Velko Simiç (70) vurublar. Qonaqların heyətində isə Nsana Simon (90+1) fərqlənib.

Xallarının sayını 62-yə çatdıran “Sabah” turnir cədvəlinin vahid lideridir. “Sumqayıt” isə 32 xalla yeddinci sırada qərarlaşıb.