Sabah pensiyalar tam ödəniləcəkbackend

Respublika üzrə pensiyaların sentyabrın 23-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

İctimai.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilib ki, Fond tərəfindən sentyabrın 23-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.