Bu gün Azərbaycan Premyer Liqasında XVI turun oyunları keçirilib.
İctimai.az xəbər verir ki, Turun mərkəzi oyununda “Sabah” “Qarabağ”la üz-üzə gəlib.
Matçda hesabı meydan sahibləri açıblar. 49-cu dəqiqədə Neqoş Kupusoviç fərqlənib.
Lakin “bayquşlar” üstünlüyünü qoruya bilməyiblər. 68-ci dəqiqədə Nəriman Axundzadə tarazlığı bərpa edib.
Ağdamlılar səfərdən bir xalla dönməyi bacarıblar – 1:1.