Sabah Zəngilan Beynəlxalq Hava Limanının açılışı olacaqbackend

Oktyabrın 20-də Zəngilanda tikintisi 1,5 il davam edən beynəlxalq hava limanının açılışı olacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak edəcək.

Bu barədə Türkiyənin “Anadolu” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, Türkiyə Prezidenti Zəngilan Beynəlxalq Hava Limanına enən ilk xarici dövlət başçısı olacaq.

Məlumatda həmçinin bildirilir ki, təməli 2021-ci il aprelin 26-da Prezident İlham Əliyev tərəfindən qoyulan Zəngilan Hava Limanı ən yüksək dünya standartlarına uyğun inşa edilib.

Hava limanında ilk texniki uçuş sentyabrın 9-da həyata keçirilib.