“Sabaha bu gündən başla” layihəsi çərçivəsində təlimlərə start verilibbackend

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant Müsabiqəsinin qalibi olan “Sabaha bu gündən başla” layihəsinin icra planına uyğun olaraq təlimlərə start verilib. Layihənin keçirildiyi Gəncə şəhər 26 saylı orta məktəb-liseydə uyğun sinif seçilib, şagirdlər arasında aparılan seçimlərin nəticələrinə əsasən 20 məktəbli layihəyə cəlb olunub.

Seçilən şagirdlər üçün dekabrın 15-nə kimi XXl əsrin təlim metodlarından ibarət dərslər təşkil ediləcək. Layihənin məqsədinə uyğun olaraq şagirdlər verilən tapşırıqları araşdıraraq, əməkdaşlıq edərək müzakirəli şəkildə yerinə yetirəcəklər. Cütlərlə və qruplarla işləyərək tapşırığın həllini tapacaqlar, öz yoldaşlarını dinlədikcə şagirdlər ünsiyyət qurmağı, əməkdaşlıq etməyi, sosiallaşmağı öyrənəcəklər. Layihə yönümlü, problem yönümlü tapşırıqlar şagirdlərdə özünəinam yaradacaq, araşdırma qabiliyyətini inkişaf etdirəcək, onlar vaxtlarını boş deyil daha səmərəli bilik və təcrübə qazanaraq keçirəcəklər. Layihənin həm də ingilis dilində olması şagirdlər üçün çox üstünlük verəcək.

Qeyd edək ki, layihənin rəhbəri Nəzirə Qəmbərovadır.