Sabaha gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıbbackend

Azərbaycan ərazisində yanvarın 3-də gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

İctimai.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında yanvarın 3-də hava şəraitinin dəyişkən buludlu keçəcəyi, əsasən, yağmursuz olacağı gözlənilir.

Havanın temperaturu gecə 5-7°, gündüz 9-13° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75% olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti, dağlarda isə gecə 5-10° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.