Sabaha olan hava proqnozubackend

Martın 9-da gözlənilən hava şəraiti açıqlanıb.  

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 11-16° isti, Bakıda gecə 4-6° isti, gündüz 14-16° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 769 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Arabir güclənən cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15°  isti olacaq.

İctimai.az