Vüsal Sultanlının (Sultanlı Vüsal İlqar oğlu) 1 sentyabr 2024-cü il tarixində keçiriləcək 7-ci çağırış Milli Məclisə növbədənkənar seçkilərdə 67 saylı Sabirabad seçki dairəsində namizədliyi rəsmən qeydə alınıb.
İctimai.az xəbər verir ki, Vüsal Sultanlının namizədliyi şəxsi təşəbbüsü ilə irəli sürülüb.
Vüsal Sultanlı “SuccesS Centre” MMC-in təsisçisi və direktoru, özəl şirkətlərin birində Təlim-tədris şöbəsinin müdiri vəzifəsində çalışır.
Vüsal Sultanlı göstərdiyi fəaliyyətlərə görə müxtəlif dövrlərdə bir çox yerli, beynəlxalq sertifikat və diplomlarla təltif olunub.