Şabrandakı yanğınla bağlı son MƏLUMATbackend

“Rayon ərazisindəki yanğınlar nəticəsində 120 hektar ərazi yanıb”.

Bununla bağlı Şabran Rayonu İcra Hakimiyyətindən (RİH) məlumat verilib.

Bildirilib ki, yanğın nəticəsində heyvanların tələf olması ilə bağlı dəqiq məlumat yoxdur:

“Yanan ev görməmişik. Meşə ərazisinə ciddi ziyan dəyməyib. Yanğın lokallaşdırılıb. Lakin közlər qalır, külək onu yenidən alovlandırır. Dəyən zərərlə bağlı məlumat yoxdur”, – deyə qurumdan bildirilib.