Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə boğulan ikinci şəxsin cəsədi tapılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, 1995-ci il təvəllüdlü Köçəri Fərman oğlu Abbasovun cəsədi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, biraz öncə 1976-cı il təvəllüdlü Elnur Fazil oğlu Şirinovun cəsədi Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.