Şagird dərsə gecikdiyi üçün döşəmə sildi, tualet xəbərdarlığı edildibackend

Abşeron rayonunda məktəbli dərsə gecikdiyi üçün cəzalandırılıb.

Hadisə rayonun Mehdiabad qəsəbəsində qeydə alınıb.

İddia edilir ki, 4 saylı orta məktəbdə dərsə gecikən şagirdə cəza olaraq müəllimi (xanım) məktəbin döşəməsini sildirib. Növbəti dəfə gecikmə olarsa, ona məktəbin tualetinin də döşəməsini siləcəyi barədə xəbərdarlıq edilib.

Şagirdin bacısı iddia edib ki, qardaşı döşəməni silərkən müəllimi video da çəkib. Eyni zamanda, müəllim iddia edib ki, şagirdləri belə cəzalandırmaq həmin məktəbin daxili qaydalarıdır.

Abşeron-Xızı Regional Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, araşdırma aparılır:

“İdarənin əməkdaşları məktəbdə olublar. Araşdırma aparılır. Nəticə barədə məlumat veriləcək”.