Şagirdlər şəhidlərimizi ziyarət edibbackend

07 mart 2020-ci il tarixdə Beyləqan rayon Təbiət və Humanitar təmayüllü fənlər liseyin  3-cü sinif şagirdləri Vətən müharibəsində  qəhrəmancasına  həlak olan şəhidlərimizi ziyarət etmək üçün Cərciz Peyğəmbər ziyarətgahında olmuşlar. Tədbir Beyləqan rayon Təbiət və Humanitar təmaüllü fənlər liseyi  və Azərbaycan Respublikası Şəhid Ailələrinə  “Qayğı” Cəmiyyətinin Beyləqan rayon şöbəsinin  birgə təşkilatçılığı ilə keçirilmişdir.  Şəhidlərimizi  ziyarət edən məktəblilərlə, eyni zamanda  Beyləqanın şar və yazıçıları da iştirak etmişlər.Əvvəlcə Şəhidlərimizin  xatirəsinə dualar oxundu.

Beyləqan rayon Təbiət və Humanitar təmaüllü fənlər liseyin  3-cü sinif şagirdləri və sinif rəhbəri  Sevdayə Əliyeva , iştirakçılar Birinci Qarabağ müharibəsi  şəhidlərinin abidə kompleksi önünə gül, çiçək düzdülər, şəhdlərə həsr olunmuş şerlər söylədilər. Sonra  İkinci Qarabağ-Vətən müharibəsi  şəhidlərinin  məzarları ziyarət edildi.

Azərbaycan Respublikası Şəhid Ailələrinə  “Qayğı” Cəmiyyətinin Beyləqan rayon şöbəsinin sədri Sabit Mehdiyev, şairlərdən Elman İsrafiloğlu, Etibar Süleymanlı, Tahir  Hüseyn qəhrəman şəhidlərimiz haqqında şagirdlərə məlumat vermiş,bütün şəhidlərimizə Allahdan rəhmət diləmişlər.

Şagirdlər burda da qəhrəman şəhidlərimizin məzarları önünə  gül-cicək  düzdülər, şəhidlərimizin  məzarları önündə şeirlər söylədilər. İbtidai sinflərə Şəhidlərimizin  keçdiyi şərəfli döyüş yolu barədə snif rəhbəri Sevdayə Əliyeva  məlumat verdi. Sevdayə Əliyeva  eyni zamanda bildirdi ki, Təbiət və Humanitar təmaüllü fənlər liseyin direktoru Mehman Kərimov, liseyin  dərs-hissə müdiri  Aybəniz Mehdiyeva şəhidlərimizin  xatirəsinin yad edilməsi ilə bağlı liseydə  müxtəlif tədbirlərin  keçirilməsinə şərait yaradır. Bu gün isə biz şagirdlərimizlə  şəhidlərimizi  ziyarət etmək üçün buraya toplaşmışıq.

Sonra şagirdlər Nəməlum Əsgər  abidəsi önünə də gül-çiçək düzmüşlər. Məktəblilər  abidə önündə xatirə şəkilləri çəkdirdilər.

Qeyd etmək  istərdim ki, bu  tədbir  şagirdlərdən İbadov Əyyub Əli oğlu,Tağıyev Zamiq Bəxtiyar oğlu,Bağırlı Mirasif Amil oğlu, Quliyeva Gülnisə Rasim qızı,Cəfərli Filiz Marif qızı, Qədirli Emil Gündüz oğlu,Əsədov Əli Etibar oğlu,Niyazov Kənan Cəbrayıl oğlu, Qasımov Əkbər Nizami oğlu, Quliyeva Elmira Cəfər qızı,Qasımov Hüseyn Nizami oğlu, Niyazov NeymanCəbrayıl oğlu,Tağıyeva Xanım Bəxtiyar qızı,Mehdizadə Vaqif Sabit oğlunun yaddaşlarında uzun müddət silinməz is salacaq.Zaman keçəcək bu uşaqlar böyüyəcək. Bu günkü gün barədə  həmişə qürur hissi ilə  danışacaqlar.Belə tədbirlər  məktəblilərin vətənpərvərlik ruhunu  güclənməsində xüsusi əhəmiyyət daşıyır. Vətən uğurunda şəhid olmuş igidlərimizin  döyüş yolu  hər birimiz üçün örnəkdir.

Sonra  məktəblilər  və tədbir iştirakçıları Beyləqan rayonu Əlinəzərli  kəndində Vətən müharibəsində  qəhrəmanlıqla şəhid olan,  Dəmirov Siyahim Əlizamin oğlunun  və  Mehtili Eşqin Tərlan oğlunun ailəsi ilə görüşmüşlər. Şəhidlərin valideynləri ilə görüşən  şagirdlər onlara öz hədiyələrini   təqdim ediblər. Bağırlı Mirasif Amil oğlu öz hədiyələrini ayrıca olaraq  təqdim erib. Daha sonra  şagirdlər  Şəhid valideynləri ilə şəkil çəkdiriblər.

Elman İsrafiloğlu,

AYB,AJB-nin üzvü, “Quruluş” qəzetinin baş redaktoru və təsisçisi,hergun.az saytının rəhbəri.