“Sağlam ailədə – sağlam ruh” devizi altında onlayn idman tədbiri keçirilib – Fotolarbackend

15 may 2020-ci il tarixdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “15 may – Beynəlxalq Ailə Günü” münasibəti ilə “Sağlam ailədə – sağlam ruh” devizi altında onlayn idman tədbiri keçirilmişdir.

Yarışda ilk olaraq Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov yarış iştirakçılarını salamladı, “15 may – Beynəlxalq Ailə Günü” münasibəti ilə təbrik etdi və uğurlar arzulamışdır. N.Novruzov qeyd etdi ki, Beynəlxalq Ailə Gününün təsis edilməsində əsas məqsəd dünya ictimaiyyətinin diqqətini müasir ailə ilə bağlı problemlərə cəlb etməkdir. Bununla beynəlxalq səviyyədə ailələr, onların rifahı, ailənin risk altına düşməsinin qarşısının alınması, həyat şəraitinin yaxşılaşdırılması kimi məsələləri gündəliyə gətirmək nəzərdə tutulub. Bu aksiya planetimizdə yaşayan bütün insanların diqqətini bir daha ailə problemlərinin həllinə yönəltməyə xidmət edir.

Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün ölkəmizdə ailələrin rifahının daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Dövlət ailə siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı fərman və sərəncamlarda, bir sıra dövlət proqramlarında özünün uğurlu inkişafını tapmışdır.

Sonra “Evrika” liseyinin fiziki tərbiyə və cüdo müəllimi, cüdo idman növü üzrə idman ustası Mariya Novruzovanın rəhbərliyi ilə ailələr idman hərəkətləri yerinə yetirdilər.

Qeyd edək ki, “Sağlam ailədə – sağlam ruh” devizi altında onlayn idman yarışında 6 ailə iştirak etmişdir.

İctimai.az