“Sağlam ətraf mühitdə yaşamaq vərdişlərinin regionda yaşayan insanlara aşılanması, qorunması, onların bu yöndə bilik və bacarıqlarının artırılması, təşəbbüslərin dəstəklənməsi” adlı layihəsinin 2-ci mərhələsi uğurla yekunlaşmışdır

Layihənin məqsədi orta məktəb şagirdlərində ekoloji biliklərin möhkəmləndirilməsi, onların təbiətə qarşı həsas yanaşmaları, ekologiyanı qorumağın bir vətəndaşlıq borcu olduğunu, bizim və bizdən sonra gələcək nəslin sağlam gələcəyinin məhz ekologiyadan aslı olduğunu göstərmək və ekologiyanın qorumağın vacibliyini dərk etmələrində onlara dəstək olmaq, ekoloji maarifləndirmə işi aparmaqdan ibarətdir. Eləcə də uşaqlarda ekologiyaya qarşı müsbət fikirlərin formaşalmasında onlara düzgün istiqamət verərək gələcək həyatlarında ekologiyanı sevmək və qorumağın vacibliyini aşılamaqdır.

Layihə çərçivəsində Bakı şəhəri Binəqədi Rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbində görüş keçirilmişdir.

Oxşar xəbərlər