Sağlam və parlaq dəri istəyirəm – Amma necə? – Tanınmış həkim-kosmetoloq Sevinc Əliyevanın AÇIQLAMASIbackend

Dəri problemlərinin səbəbi tək dərinin özü deyil, ümumilikdə orqanizmdə baş verən bir çox patalogiyaların əsasını bağırsaq mikroflorasında olan dəyişikliklər təşkil edir. Hətta qocalmanın mexanizmini izah edən “Bağırsaq nəzəriyyəsi” belə var.

İctimai.az xəbər verir ki, bu açıqlamanı tanınmış həkim-kosmetoloq Sevinc Əliyeva özünün instagram sosial şəbəkəsində paylaşıb.

O, qeyd edib ki, hətta qida və digər allergiyaların əmələ gəlmə səbəbinin 90%-ni bağırsaq mikroflorasında olan dəyişikliklər təşkil edir.
Az və ya çox dərəcədə hər birimiz vitaminlərin, kallogenin və digər maddələrin insan orqanizminə və dəriyə olan faydalarını bilirik. Bu haqda digər postlarda danışacam.

Bu gün bağırsaq mikroflorasından danışmaq istəyirəm. Çünki bağırsaq mikroflorası immun sisteminin bir parçasıdır.
Bağırsaq mikroflorası bir sıra bioloji aktiv maddə və antioksidant ifraz edir. Təbii ki bu da insan dərisinin keyfiyyətinə təsir edir.
Mikroflora vitamin sintezi, sidik turşusunun, xolesterinin və öd turşularının miqdarının tənzimlənməsində, dərinin insulinə həssaslığında, orqanizmə lazım olan yağ, zülal və karbohidrat mübadiləsində iştirak edir.

Əminəm ki,dermatoloji xəstələrin əksəriyyətinin mədə-bağırsaq sistemində problem olur. Bu problemi aradan qaldırmadan dermatozların müalicəsi haqqında danışmaq düzgün deyil. Bu pozğunluğun səbəbi bağırsaqlarda olan “yaxşı” mikrofloranın (lakto və bifidobakteriyalatın) miqdarının azalması, patogen və şərti-patogen mikrofloranın miqdarının artmasıdır.

Mikrofloranınn bərpa edilməsi üçün lazım olan əsas dərman qrupları:

1.Probiotiklər – canlı mikroorqanizmlər

2.Prebiotiklər – onların yemi

3.Sinbiotiklər – tərkibində həm probiotik, həm də prebiotik olan maddələrdir.

Bu maddələrin təyin edilmə sxemi haqda öz terapevtinizə müraciət edə bilərsiz.

Hər zaman sağlam və gözəl olun!

Dr. Sevinc Aliyeva

Instagram: “dr__aliyeva